Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

SOCAR və BP şirkəti Trans Anadolu qaz kəməri layihəsi üzrə razılıq əldə ediblər



Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə danışıqları yekunlaşdıraraq kommersiya sazişi üzrə tam razılıq əldə ediblər.

Bu haqda Caspian Barrel-ə SOCAR-dakı mənbə məlumat verib.

Bununla bağlı yaxın günlərdə SOCAR və BP şirkətləri arasında TANAP layihəsində pay mübadiləsi üzrə müqavilə imzalanacaq.

SOCAR ona məxsus paydan BP-yə verilməsini hüquqi baxımdan təsdiqləyəcək. Bununla da BP şirkətinin TANAP layihəsində payı 12% olacaq.

BP TANAP layihəsində 12% pay almaqla bağlı hələ 2012-ci ilin oktyabr ayında SOCAR-a müraciət etmişdi.
XS
SM
MD
LG