Keçid linkləri

Təcili xəbərlər
2022, 17 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 22:55

Kerry: "İrana qarşı əsas sanksiyalar qalacaq"


John Kerry və Benjamin Netanyahu
ABŞ Dövlət katibi John Kerry İrana qarşı əsas sanksiyaların qalacağını deyib.O bunu bu gün Qüdsdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

Bu yaxınlarda İran və 6 aparıcı dünya ölkəsi arasında əldə olunan razılaşmadan sonra İran uran zənginləşdirilməsi üzərində işi dayandırıb və əvəzində Tehrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir,
Nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG