Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 06:01

Dilənçi (Neo-poema)


Balayar Sadiq
Balayar Sadiq

İştahamı küsdürür tavada qizardılmış ümid nəğmələri...

-


Balayar Sadiq


DİLƏNÇİ

(neo-poema)


I

İştahamı küsdürür
tavada qizardılmış
ümid nəğmələri...

Ehtiyacın
dişini qurdalayır
əl atdığım
saman çöpü...


II

Torpağın ağzında
zədələnmiş
süd dişi kimi
sızlayır məmləkət...

Azadlıq
xatirələriylə
əllərini silir
Mazut adlı
Diş həkimi...


III

Azadıq küçəsində
üzən
ingilis gəmisinin
göyərtəsindən
bir dəniz əl edir...

O dənizin
gözləri
bir küləkli şəhərin
xiffət pəncərəsidir.


IV

O dənizin
dimdiyində
mazut qoxulu
məktubdur
bu şəhər...

Babalarının yazdığı
bu məktubu oxumağa
ingilis dilini öyrənir
Qeyrət adlı oğul...


V

Üzür
ingilis gəmisi,
göyərtəsindən
bir yayliq düşür,
Azadlıq küçəsinin
yaddaşina...

Dəniz gözlərinin
rəngini
büküb
bu yaylığa...


VI

Yaddaşı qanayır
Azadlıq küçəsinin...

Xatirələr
cırmaqlayır
asfaltın üzünü...

Bir ovuc qan
sıçrayır
yayıqda ləpələnən
dənizin rənginə...


VII

Küçənin ovcundan
bu qanlı yaylığı
dimdiyinə alır
bir əzan səsi...

Və ləpələnir
yaylıqda
dənizin rəngi,
ləpələnir
yaylığa çilənmiş qan,
ləpələnir
yaylıqdakı əzan səsi...


VIII

Ehtiyacın
dişləri arasındakı
saman çöpünün
göz yaşları
çığırışan
qağayılar tək uçdu...

Uçdu
bir ingilis gəmisinin
arxasınca...


IX

İngilis gəmisi
kimsəni vecinə
almadan
Azadlıq küçəsinin
bağrını yarıb
üzməkdə...

Asfaltın üstündə
bulanıq gölməçədir
ölü balıqların səsi...


X

İngilis gəmisinin
göyərtəsində
yol gedən
dənizin
yosun kirpiklərinə
göz yaşı qondu...

Bir qırılmış
saman çöpü
üzürdü
bu göz yaşında...

XI

Yavaş-yavaş
uzaqlaşırdı
ingilis gəmisi...

Uzaqlaşırdı
acı
xatirə kimi...


XII

Azadlıq küçəsinə
düşən yaylığın
rəngləri

ac sərçə kimi
dimdikləyirdi
bir-birini...


XIII

O dənizin alnını
O yaylığın rənglərini
O azan səsinin nurunu
öpdüm...

Və söykəndim
içimdəki
çidarlanmış
döyüşçü nəğməsinə...


XIV

Qanımdan
Vətən qoxusu
gəlirmi,
misralarımın
arasında dolaşan
qızılbaş ruhu?!


XV

Göz yaşları dənizlərin,
Bayraqlar yaylıqların,
Nalələr azan səslərinin
bakirəliyidir...

XVI

Gördüm,
Ömrün
sahilində oturmuş
qoca dilənçi
ovcuna pıçıldayırdı:

- Axı burada
bir
dəniz vardı...

2001

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG