Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

Balayar Sadiq. Narıncı söhbət


Balayar Sadiq
-


Balayar Sadiq


NARINCI SÖHBƏT


Gəl,
həqiqət haqqında
narıncı bir
söhbət edək...

Mən onun rəngindən,
ucalığından
söz açım,
Sən isə
enindən,
uzunundan danış...

Sonra
bir usta çağıraq,
dediyin ölçüdə
bir ev tiksin...

Qapısına
bu sözləri yazaq:
«Lütfən, arzuları
ayağınızdan çıxarın,
döşəməyə
həqiqət xalçası sərilib"...
XS
SM
MD
LG