Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:03
-

Xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir.

ANS xəbər verir ki, Azərbaycan prezidentinin, şairin müalicə xərclərini öz üzərinə götürməsindən sonra bu gün o, İsrailə yola düşür. Ağır xəstəliklə mübarizədə yardımçı olduğuna görə, İlham Əliyevə təşəkkürünü bildirən Vaqif Səmədoğlu ANS-də Mir Şahinin "Hesabat" proqramında səhhəti barədə danışıb.

“Bütün həyatı boyu, bütün ömrüm boyu, ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün Anar mənim adımı ölüm şairi qoyub. Amma məndən çox ölümdən Azərbaycan poeziyasında yazan olmayıb. Bu xərçəng xəstəsi nə haqda fikirləşir?”

Proqramdan parçaya burda bax.

anspress.com


Vaqif Səmədoğlu


Doğuldum 1939-da...



Doğuldum 1939-da,

1937-də tutuldum.

48-də nənəm öldü,

ömrümdə ilk dəfə

ölüyə ağladım.

Balıqlar saxladım

akvariumda.

Açıq qaldı pəncərəm

bir qış gecəsi.

Dondu balıqlar...

İndi 1965-in

yanvar gecəsidir.

Deyəsən yaşamaq istəyirəm.

1965

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG