Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:14

Moskva metrosunun dəhşətləri Bakıda “yaşanacaq”


-

Moskva metrosunda baş verən dəhşətli hadisələrdən və insanlığın xilası uğrunda gedən mübarizədən bəhs edən məşhur “Metro-2033” romanı Azərbaycanda nəşr olundu.

“Hədəf Nəşrləri”nin mətbuat xidmətindən verilən məlumata görə, tanınmış rus yazıçısı Dmitri Qluxovskidən Azərbaycanda çap və yayım hüquqlarını alan nəşriyyat bu əsəri Azərbaycan dilinə çevirib.

Dünyanın 30-dan çox ölkəsində bestseller siyahısında olan bu roman elmi-fantastik macəra janrında ən yaxşılardan sayılır. Qluxovski bu kitabına görə həm Rusiyada, həm də xarici ölkələrdə dəfələrlə mükafat alıb.

Əsərin tərcüməçisi Elçin İbrahimovdur. Naşir Müşfiq XAN, redaktor isə Rüfət Əhmədzadədir.

Kitabın məzmunu: 2033-cü il. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır. Və mutantların hücumuna məruz qalan Moskva metrosunu – bəşər övladının son qalasını xilas etmək lazımdır. Romanın qəhrəmanı Artyomun missiyası da elə budur…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG