Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 08:36

Gəncədə 15 orta təhsil binasına müşahidə kameraları quraşdırılır


Arxiv foto
Gəncədə 15 orta təhsil binasına müşahidə kameraları quraşdırılır

Bu barədə Gəncə şəhər təhsil idarəsinin rəis müavini İsmayıl İsmayılov məlumat verib. Bildirib ki, kameraların quraşdırlıması təhsilin keyfiyyətini izləməyə və məktəbdə dissiplinin qorunmasına xidmət edəcək.

İ.İsmayılovun dediyinə görə, kameralar əsasən məktəblərin girişində, dəhlizlərdə, fənn kabinetlərində quraşdırılır. Müşahidə kameralarının vasitəsilə baş verənləri internet vasitəsilə uzaq məsafədən də izləmək olacaq.

Növbəti dərs ilinədək mərhələ üzrə digər orta məktəblərdə və sanatoriya tipli internat məktəbində müşahidə kameralarının quraşdırılması başa çatacaq.
XS
SM
MD
LG