Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 22:35

Bağdada 24, Misirdə 10 nəfər ölüb


-
Noyabrın 20-də Bağdadda baş verən partlayış nəticəsində ən azı 24 nəfər ölüb, onlarla adam yaralanıb.
İraqda zorakılıq dalğası bu ilin aprelindən güclənib. BMT-nin məlumatına görə, həmin müddətdən indiyə qədər 5500 adam müxtəlif hücumlar zamanı tərədilən partlayışların qurbanı olub.
Misirin Şimali Sinay əyalətində baş verən partlayışda isə 10-dan çox hərbçi ölüb. Rəsmi məlumatlara görə, tərxis olunan hərbçilərin mindiyi avtobusun yanında minalanmış avtomobil partlayıb.
Misirdə rəsmi strukturlara hücumlar bu ilin iyulunda islamçı-prezident Muhammad Morsinin prezidentlikdən uzaqlaşdırlmasından sonra güclənib.
XS
SM
MD
LG