Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

«İsmayıllı məhbusları»nın məhkəməsi təxirə salınıb


Arxiv foto: Polis İsmayıllı rayonunda aksiyaçılardan biri saxlayır. 24 yanvar, 2013
Arxiv foto: Polis İsmayıllı rayonunda aksiyaçılardan biri saxlayır. 24 yanvar, 2013
-
Noyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı ittiham olunanların məhkəməsi başlayıb.

Bu dəfə də jurnalistlər məhkəməyə buraxılmayıb. Ancaq təqsirləndirilənlərin yaxınları buraxılıb.

Məhkəmə iclası 14:30-da davam etməli idi. Ancaq bəzi müttəhimlərin vəkilləri prosesdə iştirak etmədiyindən noyabrın 29-dək təxirə salınıb.

Hakim qarşısına 18 nəfər çıxarılıb. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Onlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.

Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədovun yerli sakinləri təhqir etdiyi bildirilirdi.

Bundan sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.

Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlamış və olay təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.
XS
SM
MD
LG