Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 11:11

İranın mədəniyyət naziri Facebooku müdafiə edir

İranın mədəniyyət naziri Facebooku müdafiə edib. O deyib ki, bu populyar sosial media qadağan olunmamalıdır. Mədəniyyət naziri Ali Jannati deyib ki, onun özü tez-tez Facebookdadır və bu yaxınlarda İranın müvafiq qurumu qadağanı götürmək məsələsinə baxacaq.

2009-cu ildə müxalifət nümayişlərində Faceebookdan geniş istifadə olunandan sonra İran hakimiyyəti Facebooku qadağan etdi. Faceebook İranda rəsmən blok olunur.
XS
SM
MD
LG