Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:18

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq barədə bir sıra sənədlər imzalanıb


Ilham Əliyev və Recep Tayyip Erdogan
Ilham Əliyev və Recep Tayyip Erdogan
Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının 3-cü iclası keçirilib.

Anadolu Agentliyinin məlumatına görə, iclasın sonunda texnologiya, elm, sənaye, beynəlxalq yükdaşınma, təhlükəsizlik və iş gününün qarşılıqlı müəyyənləşdirilməsinə dair bir sıra sənədlər imzalanıb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.Azərbaycan prezidenti istisna hal kimi , yaxın zamanlarda iş adamları, idmançılar, elm adamları və Azərbaycanla yaxın bağlılığı olan insanlara vizasız rejim tətbiq ediləcəyini deyib.

İlham Əliyev bundan bir gün əvvəl Türkiyə prezidenti Abdulla Gül və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.Prezidentin Türkiyədə keçirdiyi görüşlərdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri, iş birliyi və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG