Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 05:03

Hərbi Nəşriyyatının rəisi: “İşdən çıxarılmağım yalan məlumatdır”



Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının rəisi işdən çıxarılması barədə xəbərləri təkzib edib.

Bu barədə APA-ya açıqlama verən polkovnik Pənah Abdullayev mətbuatda yayılan məlumatların doğru olmadığını deyib

Qeyd edək ki, bəzi KİV-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə Hərbi Nəşriyyatın rəisi polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilməsi barədə məlumatlar yayılıb.

Onu da əlavə edək ki, P. Abdullayev uzun müddətdir hərbi sahədə çalışır. O, əvvəllər bir neçə rayonun hərbi komissarı olub.
XS
SM
MD
LG