Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 20:41

Dağlıq ərazilərdə yaşayış məskənlərinin salınmasına vəsait ayrıla bilər


“Hökumət gələcəkdə büdcə vəsaitlərini yüksək dağlıq ərazilərdə yeni yaşayış məskənlərinin salınmasına yönəldilə bilər”.

Bunu büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.

“Ölkə prezidenti İlham Əliyevin ən mütərəqqi islahatlarından biri regionların inkişafı ilə bağlıdır. Bu, 2003-cü ildən vüsət alıb və hələ də davam edir. Azərbaycanın dağlıq ərazisinin böyük bir hissəsi işğal altındadır. Təəssüflər ki, işğal faktoruna görə insanlar dağ şəraitinə uyğunlaşmışdı. Dağlıq ərazilərdə yaşamaq və məskunlaşmaq lazımdır. Hökumət gələcəkdə büdcə vəsaitlərini yüksək dağlıq ərazilərin yeni yaşayış məskənlərinin salınmasına da yönəldilə bilər. Bu xalqımızın genofondudur və ekoloji baxımdan daha yaşxı şəraitə malikdir. Bizim Kiçik Qafqazda yerləşən Dağlıq Qarabağa qayıtmaq məqsədimiz qətidir, buna görə də insanların yaşam vərdişlərini unutmaması üçün bu lazımdır".
XS
SM
MD
LG