Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:01

Münhen xəzinəsində amerikan izi tapılıb


Arxiv foto
Arxiv foto
-
Münhendə tapılan təxminən 1 milyard dollarlıq 1500-dən çox rəsm əsərinin cinayət işində yeni fakt üzə çıxıb.

Sən demə, o dövrdə art-diler Hildebrandt Gurlitt-in kolleksiyasında olan rəsm əsərlərindən 100-dən çoxunu 1946-cı ildə amerikalılar öncə müsadirə edib, amma 4 ildən sonra sahibinə qaytarılıblarmış.

Bu barədə Reuters-ə ABŞ-dan olan sənət tarixçisi Marc Masurovsky məlumat verib.
Onun sözlərinə görə, bu faktı təsdiqləyən sənədlər ABŞ Milli Arxiv İdarəsində saxlanılır.

İçərisində Edgar Degas, Marc Chagall və Max Beckmann kimi sənət dühalarının da fırçasından çıxan rəsmlərin olduğu 115 əsəri 1946-cı ildə “Abidələrin müdafiəsi” (Monuments Men) təşkilatının mütəxəssisləri müsadirə ediblərmiş.

Bu təşkilat müharibə vaxtı mədəni irsi qorumaq və faşistlərin taladığı sərvəti sahiblərinə qaytarmaq üçün yaradılıbmış.

Nə qədər təəccüblü olsa da, rəsmlərin sahibi art diler Hildebrandt Gurlitt həmin dövrdə amerikan təşkilatını kolleksiyasındakı əsərləri qanuni yolla əldə etdiyinə və rəsm əsərlərinin halal sahibi olduğuna inandıra bilibmiş.

Bundan sonra amerikalılar rəsm əsərlərinin, demək olar ki, hamısını Hildebrandt Gurlitt-ə qaytarıblar.

“The New York Times”-ın yazdığına görə, bu 115 əsərdən, ən azı 8-ni – Fransa rəssamı Michel Georges Michel-in fırçasından çıxanları faşistlərin oğurladığı bilinir.
Amerikalı sənət tarixçisi Marc Masurovsky düşünür ki, 1946-cı ildə amerikalıların tutduğu siyahıda rəssam Otto Diks-in “Avtoportret”inə də rast gəlindiyindən həmin əsərlər də indi Münhendə tapılan xəzinənin bir hissəsi ola bilər.

Bu il noyabrın 5-də Almaniya hüquq- mühafizə orqanları Münhen xəzinəsinə daxil əsərlər sırasında “Avtoritet”i də nümayiş etdiriblər.

Alman polisi Münhen xəzinəsini ötən il tapsa da, ictimaiyyətə “FOCUS”-da çıxan yazıdan sonra – bu il noyabrın 3-də məlumat verilib.

Hitler dövrünün tanınmış art dileri Hildebrandt Gurlitt-in oğlu 80 yaşlı Cornelius Gurlitt-in mənzilindən 121 çərçivəli, 1285 çərçivəsiz rəsm tapılıb.

Xəzinənin çoxu faşistlərin “pozucu sənət” saydığı əsərlərdir.

Kolleksiyada XVI-XIX əsrə aid rəsm əsərləri də var.

Yarım əsrdən çox itmiş sayılan bu xəzinənin dəqiq dəyəri açıqlanmasa da, bəzi nəşrlər ona azı 1 milyard dollar qiymət qoyur.

Onun sahibi xəzinənin 1945-ci ildə müttəfiq qoşunlar Drezdeni bombalarkən məhv olduğunu deyib, amma əslində, Münhendəki mənzilində gizlədibmiş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG