Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 03:12

«Yeni Müsavat» qəzeti çapını dayandırır


«Yeni Müsavat» qəzeti
-
«Yeni Müsavat» qəzeti noyabrın 9-da çapını bir neçə günlüyə dayandıracaq.

Bu barədə qəzetin rəhbərliyi qərar verib.

müsavat.com saytında yerləşdirilmiş məlumatda deyilir ki, səbəb qəzetin satışına yaradılan süni maneələr və bununla əlaqədar olaraq yaranmış maliyyə böhranıdır.

Qəzet rəhbərliyi bildirir ki, kollektiv bununla vətəndaşların, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə yönəltmək fikrindədir.

«Yeni Müsavat» qəzeti noyabrın 10-da nəşrə başlamasının 24 illiyini qeyd edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG