Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:40

«Azadlıq» qəzetinin yardıma ehtiyacı var- [Video]


«Azadlıq» qəzetinin yardıma ehtiyacı var
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

«Azadlıq» qəzetinin yardıma ehtiyacı var

-
«Söhbət artıq aydan, həftədən deyil, gündən gedir və «Azadlıq» qəzetini sabah çıxarıb-çıxarmayacağımız da bilmirik...».

«Azadlıq» qəzetini çıxaranlar bu duruma düşdüklərini deyirlər. Qəzetin baş redaktorunun müavini Rahim Hacıyev seçkidən sonra hökumətin «Azadlıq»a təzyiqlərinin çoxaldığını söyləyir. Onun sözlərinə görə, «Qasid» firması qəzetə olan 55 min manat borcunu qaytarmır və bu səbəbdən qəzetin nəşriyyata borcu 20 min manatı keçib. «Binə» ticarət yarmarkası rəhbərinin iddiası əsasında məhkəmə də qəzeti 32 min manat cərimələyib və beləcə, «Azadlıq»ın bank hesabı dondurulub. R.Hacıyev deyir ki, indi hər kiçik yardımın da qəzetə böyük köməyi dəyir:

«Bir ay əvvəl elə durumdaydıq ki, inanın, internetimiz kəsilirdi. Heç 50 manatımız qalmamışdı. Həmin vaxt fantastik bir hadisə baş verdi. Bir oxucu gəlib iki gündür bizi axtardığını dedi. 50 manat pul da gətirmişdi. Beləcə, o gün internet problemini həll edə bildik».

Məhkəmə qərarları maliyyə problemiylə üzləşən «Azadlıq»ın durumunu daha da ağırlaşdırır. Bu üzdən qəzet oktyabrın 29-da düşdüyü vəziyyəti ictimai müzakirəyə çıxarmışdı.

«...ONU MƏHKƏMƏYƏ VERƏNLƏRİ MƏHKƏMƏYƏ VERMƏLİDİR»

«Qəzet də onu məhkəməyə verənləri məhkəməyə verməlidir» – hüquqşünas Fuad Ağayev həmin təklifi irəli sürdü:

«Əgər metropoliten mane olursa, mütləq metropolitenə qarşı məhkəmə iddiaları lazımdır.
Rəşid Hacılı
Rəşid Hacılı
Əgər «Qasid» vəsaiti ödəmirsə, ona qarşı məhkəmə iddiası qaldırılmalıdır. Paralel olaraq bir neçə səviyyədə hüquqların müdafiəsi həyata keçirilməlidir».

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı hüquqi məsələlərin çözüldüyünü diqqətə yetirdi:

«Biz «Azadlıq» qəzetinin bütün məhkəmə işlərini aparırıq. Tağı Əhmədovla bağlı sonuncu iş artıq Avropa Məhkəməsindədir. «Kəbirə Məmmədova işi»ndən də artıq Avropa Məhkəməsinə şikayət başlanıb. Pul verməzlərsə, «Qasid»lə də bağlı, nə zaman olsa, şikayət verə bilərik. Pul verirlərsə, lazım deyil. Hüquqi məsələlərə aid problemləri həll edirik, bundan sonra da edəcəyik».

«...MƏTBUAT ŞURASINDA DA MÜZAKİRƏYƏ ÇIXARARIQ»

Media mütəxəssisi Qulu Məhərrəmli çıxış yolu kimi «Azadlıq» qəzetinə abunənin genişləndirilməsi təklifini irəli sürdü:
Qulu Məhərrəmli
Qulu Məhərrəmli

«Fikrimcə, «Azadlıq» qəzeti bu çətin situasiyadan çıxacaq. Abunə sistemini genişləndirmək lazımdır. Bir də mən çox arzularıyam ki, motiv siyasi olsa da, «Azadlıq»ın problemi siyasi problem kimi qaldırılmasın. Problem uzanarsa, bunu Mətbuat Şurasında da müzakirəyə çıxararıq. Mətbuat Şurası azad sözün yanında olmalıdır, çünki Azərbaycanda söz və mətbuat azadlığına cavabdeh olan təşkilatlardan biridir».

«ELƏ BIR HƏDD YETİŞİR Kİ...»

Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli hakimiyyəti söz azadlığına qarşı basqılara son qoymağa çağırdı:

«Media vasitəsilə cəmiyyət öz etiraz enerjisini çıxarır. Media olmayanda, cəmiyyət bu mənfi enerjini, protest enerjisini daxilində saxlayır.
Əli Kərimli
Əli Kərimli
Elə bir hədd yetişir ki, cəmiyyətdə sosial partlayışlar qaçılmaz olur. Azad medianı sıxmaqla, azad fikri, azad sözü təqib etməklə Azərbaycan hakimiyyəti cəmiyyətimizi bu gün bu reallıqlar qarşısına gətirib qoyur».

AXCP sədri Əli Kərimli qəzetin problemlərinin hakimiyyətə qarşı kəskin yazılardan qaynaqlandığını bildirdi:

«Bütün bu repressiyaların qarşısında 24 illik mərhələni keçib gələn bir kollektiv var. Bu günədək öz mövqeyindən çəkilmir, hökumətə hər hansı güzəştə getmir. İlham Əliyevin özü də daxil, onun ətrafı, hökumətin antimilli addımları ilə bağlı çəkinmədən mövqe bildirir. «Azadlıq»ın rastlaşdığı problemlər də bundan qaynaqlanır».

OXUCULAR NƏ DÜŞÜNÜRLƏR?

AzadlıqRadiosu «Mediaya hansı halda yardım göstərərdiniz?» sualını sadə vətəndaşlara ünvanladı.
Foto: Arxiv
Foto: Arxiv

Alınan cavablar:

– Bilmirəm nə edərdim...
– Əgər hakimiyyətin basqısı varsa, işləməyə qoymursa, kömək edərdim.
– Mediaya böyük hörmətim var, ancaq yardım mənlik deyil.
– Dövlətimizin o dərəcədə demokratik olmasını istərdim ki, media çətin vəziyyətə düşməsin.
– Media niyə vəziyyətə düşməlidir ki? Düşsə, küçə-küçə düşüb qəzet sataram...
– Medianın siyasi cəhətdən sıxışdırıldığına inansam, ona təzyiq olsa, kömək edərəm.

SİQARETİ ATIB PULUNU «AZADLIQ»A VERİR

İctimai müzakirəyə qatılan Elbrus Məmmədov siqareti atmaqla «Azadlıq» qəzetinə kömək edəcəyini bildirdi. Onun sözlərinə görə, bu günədək hər ay siqaretə 120 manat xərcləyib və bu gündən siqareti atır:

«Ən azından, siqareti atanda, qəzetə 30 manat yardım göstərsən, 90 manat da cibində qalar. Üstəlik, evdə də yaxşı nüfuz sahibi olursan».

Dekabrda «Azadlıq» qəzetinin 24 yaşı tamam olacaq.
XS
SM
MD
LG