Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 12:05

Kiyevdə müxalifət partiyaları yürüş keçirir


Kiyevin mərkəzində Ukraynanın avrointeqrasiyasına dəstək və eks-baş nazir Yulia Tymoshenkonun azadlığa buraxılması tələbi ilə müxalifət partiyaları yürüş keçirir.

İnterfax-ın yazdığına görə, 2 minə yaxın adam Ukrayna parlamentinə doğru hərəkət etməkdədirlər.

Ukrayna ali radasının yuxarı palatası noyabrın 7-də müxalifət lideri Yulia Tymoshenkonun azadlığa çıxması və xaricdə müalicə olmasına icazə verən qanun layihəsini qəbul edə bilər.

Yulia Tymoshenko 2011-ci idə həbs edilib. O, Rusiyadan qaz alınması ilə bağlı müqavilənin imzalanması zamanı vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.
XS
SM
MD
LG