Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 01:50
.
ABŞ Dövlət katibi John Kerry bazar günü Qahirəyə gəlib. İslamçı prezident Mohamed Morsinin devrilməsindən sonra bu, Kerry-nin Misirə ilk səfəridir.
Dövlət katibinin demokratik islahatlara çağıracağı gözlənir. Bazar ertəsi Morsi-nin məhkəməsi başlayır. O, 2012-ci ilin dekabrında prezident sarayının önündə etirazçıların qətlində təqsirli bilinir.
Bu ilin əvvəlində Vaşinqton Misirə 1.5 milyard dollarlıq illik yardımının bir hissəsini dondurub. Səbəb kimi demokratik irəliləyişin olmaması, iyulda Morsinin devrilməsindən sonra onun tərəfdarlarına qarşı zorakılıq göstərilib.
Kerry Qahirəyə çatana qədər Dövlət Departamenti onun səfərini təsdiqləməyib. Ancaq Misirin dövlət televiziyası bir neçə gün əvvəldən səfər barədə xəbər yayıb. Kerry doqquz günlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, İsrail, İordaniya və Əlcəzairə də gedəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG