Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Suriya kimyəvi silahlarını məhv edib


Foto arxiv
Foto arxiv
Suriya hökuməti kimyəvi silah istehsalı ilə bağlı elen edilmiş bütün avadanlıqları təyin edilmiş vaxtadək ləğv edib.

Bu barədə kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq təşkilat xəbər verir.Sənəddə qeyd edilir ki, təşkilatın ekspertləri 23 obyektdən 21-də yoxlama aparıb və bütün zavodların məhv edildiyini təsdiqləyiblər.

Qalan iki obyektin isə yoxlama üçün çox təhlükəli olduğu bildirilir.Amma bütün avadanlıqların həmin obyektlərdən çıxarıldığı və başqa yerdə ekspertlər tərəfindən yoxlandığı bildirilir.

Sentyabrda ABŞ-la Rusiya arasında əldə edilən razılaşmaya görə, Suriya 2014-cü ilin ortalarınadək bütün kimyəvi silah arsenalını məhv etməlidir.
XS
SM
MD
LG