Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 03:36
.
BMT-nin toplaşma və birləşmə üzrə xüsusi məruzəçisi Maina Kiai The Guardian qəzetində məqalə yazıb.

BMT məruzəçisi yazısında 9 oktyabrda Azərbaycanda keçirilmiş prezident seçkisinə də toxunub.

M. Kiai yazır ki, üç həftə əvvəl Azərbaycan xalqı pozuntularla dolu prezident seçkisinə getdi:

«İddia olunan pozuntulara qutulara topa ilə bülletenlərin atılması, müşahidəçilərin qorxudulması və daha utanverici- səsvermə başlamamışdan nəticələrin smartfon app-i vasitəsilə elan olunması idi. Beynəlxalq ictimaiyyət seçkini tənqid etdi, düzgün də etdi. Ancaq bu il Kambocia, Svaziland, Zimbabvedə seçkilərə dair oxşar tənqidlərdən sonra sözlər də mənasız görünür. Pozuntular bir ənənəyə çevrilir, məzəmmət də daha çox itaətkar, bayağı və hər şeydən artıq, məhdud görünür. Seçki monitorinqinə yeni yanaşma gərəkdir».

Oktyabrın 10-da Bakıda keçirilən mətbuat konfransında ATƏT-in müşahidə missiyası prezident seçkilərini sərt tənqid edib.

Hakimiyyət nümayəndələri isə seçkilərin şəffaf və ədalətli keçdiyini deyir və ATƏT-in tənqidlərini qəbul etmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG