Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:14

Zakir Həsənov: «Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır»


-
Oktyabrın 28-də müdafiə naziri Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Philippe Lefort-u qəbul edib.

Philippe Lefort Azərbaycanın Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirib. Zakir Həsənovu müdafiə naziri təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə regiondakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri bildirib:

«Biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarıyıq, lakin ərazilərimizi işğaldan azad etmək hüququnu da özümüzdə saxlayırıq».

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG