Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:22

ATƏT Gürcüstandakı prezident seçkilərini "pozitiv,şəffaf və təmiz" adlandırır


Gürcüstanda seçkilər “pozitiv və şəffaf” olub və “ifadə, toplaşma, hərəkət azadlıqlarına hörmət göstərib”.

– bunu ATƏT-in müşahidə missiyasının rəhbəri Joao Suares Gürcüstanda oktyabrın 27-də keçirilmiş prezident seçkiləri haqda deyib.

Seçkiləri təmiz adandıran Suares deyib: “bu təmiz seçkilər mənə deyir ki, Gürcüstan demokratiyası yetkindir”.

MSK səslərin 97 faizi sayılandan sonra bildirib ki, seçkiləri 62 faiz səs toplayan Giorgi Margvelashvili udub.

İxtisasca filosov və elmi işçi olan Margvelashvili baş nazir İvanishvilinin Gürcüstan Arzusu kolaisiyasının nümayəndəsidir.

Qələbə bayram olunan mitinqdə İvanishvili deyib ki, “biz indi arzusunda olduğumuz Gürcüstan quracağıq”.

Artıq keçmiş prezidentə çevrilən Saakashvilinin Birləşmiş Milli Hərəkatının nümayəndəsi David Bakradze seçkidə ikinci olub. O, səslərin 22 faizini toplayıb.
XS
SM
MD
LG