Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Milli Şuranın 27 oktyabr mitinqi başa çatdı- [Video- Foto]

Bakıda Milli Şura etiraz mitinqi keçirib. Mitinq iştirakçıları 9 oktyabrda hakimiyyətin prezident seçkilərini saxtalaşdırdığını bildiriblər. AzadlıqRadiosu əməkdaşları mitinqi canlı izləyib.

13:31 27.10.2013
.
Bu gün Milli Şura 9 Oktyabr prezident seçkilərinin nəticələrinə etiraz olaraq mitinq keçirir.
Mitinqin keçirilməsi Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb.
Aksiyanın Bakının Yasamal rayonundakı “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda keçirilməsi nəzərdə tutulub.
Bakı şəhər prokurorluğu mitinq təşkilatçılarını aksiyada ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etməyə çağırıb.
MSK-nın məlumatına görə, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seşkidə seçicilərin təminən 5 faizinin səsini toplayıb.
Milli Şura prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını deyir.
15:31 27.10.2013
Bakıda hava yağışlıdır. Amma Milli Şura tərəfdarları Facebook-da yazırlar ki, yağışlı hava mitinqə mane olmayacaq.
Müstəqil və müxalifyönlü gənclər bu aksiyanın əsas aparıcı qüvvəsinin elə özləri olduğunu yazırlar.
15:35 27.10.2013
Mitinqin keçiriləcəyi "Məhsul" meydanında mitinqə hazırlıqlar gedir:
Foto: Türkel Rüstəmxanlı
Foto: Türkel Rüstəmxanlı
15:50 27.10.2013

Davamı

XS
SM
MD
LG