Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 14:17

İran-Pakistan sərhədində 14 sərhədçi öldürülüb

-
Oktyabrın 25-dən 26-a keçən gecə İran-Pakistan sərhədində silahlı qrupla atışmada 14 İran sərhədçisi öldürülüb, 5 sərhədçi yaralanıb.

Bu barədə İranın dövlət agentliyi - IRNA-ya istinadən «Associated Press» və «France-Presse» agentlikləri məlumat yayıblar.

Sərhədçilərlə toqquşma Sarvan rayonunda baş verib.

İran sərhədçiləri əvvəllər də həmin ərazidə silahlı narkotik ticarətçilərinin və qaçaqmalçıların hücumlarına məruz qalıblar.
This item is part of
XS
SM
MD
LG