Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:02
-
Dünya İqtisadi Forumu Qlobal Gender Bərabərliyi hesabatında Skandinaviya ölkələrini ön sıralara qoyub. İslandiya 1, Finlandiya 2, Norveç 3, İsveç 4-cü yerdə qərarlaşıb. Suriya (133), Çad (134), Pakistan (135) və Yəmən (136) siyahının sonuncu yerlərini tutub.

Qlobal Gender Bərabərliyi Hesabatı 136 ölkəni resurs və imkanların kişi və qadın əhali arasında necə bölüşdürüldüyü üzrə dəyərləndirib. Hesabat dörd sahədə gender bərabərsizliyini ölçüb: iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma.

Cənubi Qafqaz ölkələri arasında lider Gürcüstandadır (86). Sonra Ermənistan (94) və Azərbaycan (99) gəlir. İran (130) və Pakistan (135) aşağı səviyyəli ölkələr sırasındadır.

MDB ölkələri arasında ən yüksək nəticə Qazaxıstana (32) məxsusdur. Daha sonra Moldova (52), Rusiya (61), Qırğızıstan (63), Ukrayna (64), Azərbaycan (99) gəlir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG