Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:24

Türkiyədə Beynəlxalq Koroğlu Festivalı keçiriləcək


«Koroğlu» operası
«Koroğlu» operası
-
Oktyabrın 27-29-da Türkiyənin Bolu şəhərində Beynəlxalq Koroğlu Festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festival çərçivəsində türk dünyasının məşhur xalq qəhrəmanı ilə bağlı rəngarəng tədbirlər təşkil olunacaq.

Bolu bələdiyyəsi bildirib ki, festival şəhər mərkəzində Koroğlu abidəsinin önündə məşəlin alovlandırılması və atçılıq idman klubunun çıxışları ilə başlanacaq.

Daha sonra meydandan Koroğlu dastanının qəhrəmanları gəlib keçəcək, Koroğlu filmləri nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Yakutiya, Uyğur milli rəqs qrupları öz ifalarını təqdim edəcəklər.

Koroğlu dastanı mövzusunda mühazirələr oxunacaq, söhbətlər aparılacaq.

Festivalın proqramına Koroğlu bulağının açılışı, Koroğlu heykəlinin və parkının təməlqoyma mərasimi də daxildir.

Xəbərdə vurğulanır ki, festival günlərində Bolu şəhərinə əsl bayram ruhu hakim kəsiləcək.

Şəhərin mərkəzi prospekt və meydanlarında uşaq teatrının çıxışı, uşaq heykəl və rəqs müsabiqəsi, müxtəlif sərgilər, türk dünyasının musiqi və rəqs qruplarının konsertləri, aşıq deyişmələri təşkil olunacaq, çeşidli musiqi səslənəcəkdir.

Tədbirlər əsasən açıq havada – Bolu bələdiyyə meydanında, İzzət Baysal prospektində, Atatürk parkında, həmçinin Necip Fazil mədəniyyət mərkəzində keçiriləcək.

Türk dünyasının mənəvi-mədəni birliyini təcəssüm etdirəcək beynəlxalq festivalın təşkilatçısı Bolu şəhər bələdiyyəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG