Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:36

İran 20 faizədək uran zəngiləşdirilməsini dayandırdığını deyir


Foto arxiv
Tehran uranın 20 faizədək zənginləşdirilməsi prosesini dayandırıb və Tehrandakı nüvə reaktorunu təhciz eləmək üçün lazımi qədər uran olduğunu bəyan edib.

Bu barədə təhlükəsialik və xarici siyasət məsələləri üzrə İran parlament komitəsinin sədr müavini Hossein Naqavi Hosseini məlumat verib.Bəyanatda İranın böyük miqdarda zənginləşdirilmiş urana ehtiyacı olmadığı bildirilir və qeyd edilir ki, Tehrandakı nüvə reaktoru dinc məqsədlər üçün nəzərdə tutulub.

ABŞ və Qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu deyir.

İran aparıcı dünya ölkələri ilə Cenevrə danışıqlarında uranın 20 faizədək zəngiləşdirməsini dayandıracağını təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG