Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:57

Baş nazirdən icazə istəyən prezident


Baş nazir Bidzina Ivanishvili və Mikheil Saakashvili
Baş nazir Bidzina Ivanishvili və Mikheil Saakashvili
-
Gürcüstan oktyabrın 27-də öz müstəqilliyi dövründə 6-cı dəfə prezident seçəcək. Ancaq indiki prezidentlik daha əvvəlki prezidentlik deyil.

2010-cu ildə konstitisiyaya edilən dəyişilik məhz indiki prezident seçkilərindən sonra qüvvəyə minir. Həmin dəyişiklik prezidentin bir çox mühüm səlahiyyətlərini alıb, baş nazirə və nazirlər kabinetinə verir. Prezidentə formal olaraq dövlət başçısı titulu qalır və bir də xarici siyasət.

Müharibə və ya fövqəladə vəziyyət elan edəndə prezident baş nazirin razılığını almalıdır. Və yaxud seçki təyin edəndə, beynəlxalq müqavilələri təsdiqləyəndə prezidentə baş nazirin razılığı lazımdır.

Nazirləri də prezident yox, baş nazir təyin edəcək.

Ümumi rəyə görə, belə dəyişikliyin təşəbbüskarı 3 il qabaq prezident Saakashvili olub. Növbəti dəfə prezident seçilməyinə qanun imkan verməyən və buna görə baş nazirliyə keçmək istəyən Saakashvili prezidentin səlahiyyətlərinin baş nazirə verilməsinə nail oldu, ancaq son 3 ildə vəziyyət dəyişdi.

Saakashviliyə rəqib koalisiya- Gürcüstan Arzusu parlament seçkilərini udub, öz baş nazirini təyin edib – Bidzina İvanishvilini. Faktiki olaraq 3 il qabaqki hərəkəti ilə Saakashvili indi öz barışmaz rəqibi olan İvanishviliyə çox güclü səlahiyyətlər verib.

SUPERMEN PREZİDENT

Seçkidə 23 namizəd qeydə alınıb. Əsaslar bunlardır:
Georgy Margvelashvili
Georgy Margvelashvili
1. 44 yaşlı filosof Giorgi Margvelashvili. 2012-2013-cü illərdə təhsil naziri olan Margvelashvili İvanishvilinin adamıdır. Margvelashvili deyir : “Gürcüstanda stereotip var ki, prezident supermen olmalıdır, prezident hər bir adamın hamisi olmalıdır, biz bu stereotipi dağıdırıq. “


2. 41 yaşlı deputat Davit Bakradze. Saakashvilinin Birləşmiş Milli Hərəkatının nümayəndəsi olan Bakradze bir vaxtlar parlament sədri və xarici işlər naziri olub. Bakradze bildirir ki, Kreml Gürcüstanı müstəqil və güclü görmək istəmir. Bakradze Rusiya məsələsini öz seçki təbliğatının mərkəzinə qoyub.

David Bakradze
David Bakradze

3. 49 yaşlı Nino Burjanadze. Parlamentin keçmiş sədri və hətta müvəqqəti prezident olmuş Burjanadze vaxtilə qızılgül inqilabı ilə hakimiyyətə Saakashvili ilə birlikdə gəlib, indi isə prezident olsa, Saakashviliyə məhkəmə quracağını deyir. O həmçinin Rusiya ilə sıx əlaqələrə tərəfdardır.


Nino Burjanadze
Nino Burjanadze

Seçkidə qalib gəlmək üçün namizəd 50 faizdən çox səs yığmalıdır. Heç kim bunu edə bilməsə, seçkilərin ikinci mərhələsi olacaq.
Seçkidə səs vermə hüququ olanlar 3,5 milyondur.

RƏY SORĞULARI

Avqust-sentyabr aylarında Milli Demokratiya İnstitutunun keçirdiyi sorğuda Margvelashvili 39 faiz səslə birincidir. Bakradzeyə səs vermək istəyənlər respondentlərin 18 faizidir.
Burjanadze 3-cüdür- 7 faiz.

Maraqlıdır ki, respondentlərin 4 faizi heç bir namizədə səs verməyəcəyini deyir. 16 faiz isə hələ seçim etməyib.

Ancaq müşahidəçilər onu da deyirlər ki, seçkidən qabaqki rəy sorğuları Gürcüstanda heç vaxt seçkinin nəticələri ilə düz gəlmir.

TELEVİZİYALAR

Gürcüstanda qəzetlər və ya internet nə qədər güclü olsalar da siyasi məsələlərdə televiziya ilə müqayisə oluna bilmirlər. Gürcüstan əhalisinin 90 faizi deyir ki, siyasətdə əsas xəbər mənbələri televiziyadır.

Gürcüstanda əsas televiziyalar kimin əlindədir?

İctimai televiziya rəhbərliyi İvanishvili və Saakashvili tərəfdarlarına bölünür. Bunlar arasında mübarizə televiziyanın siyasi prosesləri işıqlandırmasında da özünü göstərir. İctimai televiziya Gürcüstan Arzusu və Birləşmiş Milli Hərəkata bərabər yer verir.

Rustavi-2 televiziyası daha çox Birləşmiş Milli Hərəkatın tərəfindədir və hətta bir çoxlarının fikrincə, məsələn, BBC-nin monitorinq araşdırmasında deyildiyi kimi, televiziya bunu açıq edir və təbliğatçı rolunu oynayır.

TV9 televiziyası İvanishvilinindir. Ancaq o , televiziyanı avqust ayında bağladı. İvanishvili deyir ki, bu televiziyanı satmaq istəyir, ancaq alıcı tapa bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG