Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:04

Araz Əzimov: «Hələlik Azərbaycanla Ermənistan arasında müzakirələr aparılmır»


Xarici işlər nazirinin müavin Araz Əzimov
-
“Hələlik Azərbaycanla Ermənistan arasında müzakirələr aparılmır. Sadəcə ayrı-ayrı görüşlər keçirilir. Müzakirə aparmaq üçün hər iki tərəfdən hazırlıq tələb olunur. Hələ ki qarşı tərəfdə bu cür hazırlıq müşahidə olunmur”.

Bunu oktyabrın 21-də jurnalistlərə xarici işlər nazirinin müavin Araz Əzimov deyib.

O, tərəflər arasında yeni görüşlərin keçirilə biləcəyini də deyib.

Araz Əzimov Rusiyada qətl törətməkdə ittiham olunan Orxan Zeynalovun işindən də danışıb. Deyib ki, “Orxan Zeynalov məsələsi Rusiyada əsassız şəkildə şişirdilir”.

Nazir müavini bildirib ki, Azərbaycan bu işin həllinin qanunvericilik çərçivəsində həyata keçirilməsinin tərəfdarıdır və bunun üzərində dayanacaq.
XS
SM
MD
LG