.
Oktyabrın 19-da Neftçala, Masallı və Lənkəran rayonu ərazilərində yerləşən "Qızılağac" Dövlət Qoruğunda yanğın olub.
Yanğın nəticəsində 50 hektar sahədə quru ot, kol-kos və qamışlıq sahə yanıb.
Yanğın saat 23:58-də söndürülüb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.