Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:14

Türkiyə Naxçıvan Muxtar Respublikasına yeni Baş konsulunu təyin edib


Naxçıvan
.

“Şərq Qapısı” qəzetinin məlumatına görə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 17-də yeni Baş konsul Əli Rza Akıncını qəbul edib. Ali Məclisin sədri Əli Rza Akıncını Baş konsul kimi fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Yeni Baş konsul isə Naxçıvandakı diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini, mövcud əlaqələrin daha da genişlənməsinə çalışacağını bildirib.
Türkiyənin Naxçıvandakı bundan əvvəlki Baş konsulu Cenk Ünal idi. O, 2011-ci ildən muxtar respublikada diplomatik fəaliyyətə başlamışdır. Keçmiş Baş konsul bu il oktyabrın 5-dən Naxçıvandakı diplomatik fəaliyyətini başa vurub
XS
SM
MD
LG