Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 15:13

Hicab məhbusu Nahid Qəhrəmanovun məhkəməsi olub


Oktyabrın 18-də Səbail Rayon Məhkəməsində hicab məhbusu Nahid Qəhrəmanovun məhkəməsi olub.

Dövlət ittihamçısı Nahid Qəhrəmanovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Oktyabrın 21-də Nahid Qəhrəmanova hökm oxunacağı gözlənilir.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub.

O, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə və ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil ittiham olunur.

Müdafiə tərəfi Nahid Qəhrəmanovun zorakılığa yol vermədiyini bildirir.
XS
SM
MD
LG