-
Güclü siklon Hindistana çatıb, küləyin sürəti saatda 210 kilometrdir. “Phailin” qasırğasından qorunmaq üçün yarım milyon adam sığınacaqlara köçürülür.
Rəsmilər qasırğanın yolu üzərində 12 milyon əhalinin olduğunu deyirlər. Siklonun peyk fotoları onun Fransa boyda olduğunu göstərir.
Beş nəfərin həlak olması barədə məlumatlar var, çoxu yıxılan ağacların altında qalıb.
“Phailin” irəlilədikcə gücünün zəifləyəcəyi gözlənilir. 14 il əvvəl həmin regionda baş verən qasırğa zamanı 10.000 adam ölmüşdü.