Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 13:34

«Azərbaycan xalqının taleyini Qərb müəyyən etmir»


Novruz Məmmədov
Novruz Məmmədov
-
Novruz Məmmədov: «Azərbaycan ikili standart siyasəti ilə təkcə bu gün, yaxud dünən deyil, müstəqilliyinin ilk günlərindən üzləşib»
«Qərbin, Avropanın gənc dövlət olan Azərbaycana münasibəti ədalətli olsaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapardı, ərazilərimizin 20 faizi iyirmi ildən artıq bir müddətdə işğal altında qalmazdı». Bunu APA TV-yə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının rəhbər müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
BİRTƏRƏFLİ, QƏRƏZLİ MÖVQE...
N. Məmmədov bildirib ki, Azərbaycan ikili standart siyasəti ilə təkcə bu gün, yaxud dünən deyil, müstəqilliyinin ilk günlərindən üzləşib:
«Azərbaycanın ərazilərini başqa bir ölkə işğal edir, lakin ölkəmizə qarşı 907-ci Düzəliş qəbul edilir. Bu məsələ neçə illərdir ki Azərbaycanın Qərblə əməkdaşlığında qarşı tərəf üçün bir damğa kimi yapışıb qalıb. Baxmayaraq ki, Qərblə, eləcə də Avropa ilə ən sıx səviyyədə əməkdaşlıq edərək ən böyük nailiyyətləri, ən böyük uğurları biz qazanmışıq. Bəzən bilmirəm, Qərb nümayəndələri hansısa faktordan istifadə edərək, yaxud məcbur qalaraq Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı ifadəsini işlədirlər. Bunu enerji sahəsində əməkdaşlığa, beynəlxalq terrorizmə qarşı mübarizəyə, İraq, Kosovo və Əfqanıstanda gedən sülhməramlı əməliyyatlarda birgə iştiraka aid etmək olar. Lakin bütün bu ifadələrə baxmayaraq, Azərbaycana qarşı biz həmişə birtərəfli, qərəzli mövqenin şahidi olmuşuq».
Novruz Məmmədov Azərbaycanda prezident seçkilərinin bir çox Şərqi Avropa ölkələri və postsovet məkanı dövlətləri ilə müqayisədə çox yüksək səviyyədə keçirildiyini deyib. Onun fikrincə, 1500-ə yaxın beynəlxalq müşahidəçinin və 50 minə yaxın yerli müşahidəçinin izləməsi bunu təsdiqləyir. Məmmədov, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli, əsassız, əsaslandırılmamış mövqeyini qəbul etmədiklərini deyir:
«MÖVQEYİNİZİ NİYƏ DƏYİŞDİNİZ?»
Bu xalqın taleyinin özü, özünün seçdiyi rəhbər müəyyən edir
«Seçki kampaniyası dövründə bütün Qərb təmsilçiləri, elə ATƏT DTİHB-in bura göndərdiyi 300-ə qədər nümayəndənin əksəriyyəti seçki prosesinin, təbliğat kampaniyasının normal aparıldığını deyirdilər. Bu fikirləri Bakıda da, Avropada da açıq-aydın demişdilər. Bəs niyə birdən-birə mövqeyinizi tamamilə dəyişdiniz? Hansı faktor sizi buna vadar etdi. Digər tərəfdən seçkiləri 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyirdi. Onların 90 faizi bu seçkilərin yüksək səviyyədə, ədalətli keçirildiyini, seçicilərin iradəsini nümayiş etdirdiyini bəyan etdilər. Hətta ATƏT DTİHB-in bura göndərdiyi müşahidə missiyasının tərkibində də belə insanlar çox idi. Necə olur ki, AŞPA, universal dəyərləri qorumağı ən yüksək vəzifə hesab edən bu qurumun nümayəndələri, Avropa Parlamentinin nümayəndələri seçkilərə müsbət qiymət verir, amma bunlar nəzərə alınmır? Bu mövqelərin nəzərə alınmaması demokratiyadırmı?»
Novruz Məmmədov qeyd edib ki, Azərbaycanda xalqın taleyini Avropa həll etmir:
«Bu xalqın taleyini Qərb müəyyən etmir. Bu xalqın taleyinin özü, özünün seçdiyi rəhbər müəyyən edir. Azərbaycan xalqı, seçiciləri onların düşündüyündən daha ağıllıdır, gələcəyi daha yaxşı görür».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG