Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 01:25

Rusiya diplomatı bıçaqlanıb


-
Rusiyanın Panamadakı səfirliyinin vitse-konsulu Yevgeny Manilov bıçaqlanıb. Diplomata oktyabrın 11-də konsulluq binasının qarşısında hücum olunub.

Əməliyyat olunan vitse-konsulun həyatı üçün təhlükə olmadığı bildirilir.

Rusiyanın bu ölkədəki səfiri Aleksey Yermakov Ukrayna vətəndaşı olan şübhəli şəxsin saxlandığını bildirib.

Səfirin dediyinə görə, narkotik təsir altında olan həmin şəxs bir neçə dəfə konsulluğa gələrək istirahət və əyləncə üçün pul tələb edib.

Hadisədən sonra səfirlik yerli hakimiyyət nümayəndələrinə müraciət edərək diplomatik nümayəndəliyin mühafizəsinin gücləndirilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG