Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 07:35

Hüquq-mühafizə orqanlarına xərclər gələn il 11 % artırılır


2014-cü ilin dövlət büdcəsi layihəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması üçün 1 milyard 240 milyon 298 min manat ayrılması nəzərdə tutulur. Bu, 2013-cü ildə ayrılan vəsaitdən 11,3 % çoxdur.

2013-cü il dövlət büdcəsində həmin xərclər 1 milyard 114 milyon 796 min manat olub.

Gələn ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri isə 14,3 % artmalıdır.
Elmə xərclər 12,5 % artacaq.

Maliyyə nazirliyinin hazırladığı gələn ilin büdcə layihəsində iqtisadi artım isə bu illə müqayisədə 5,2 % nəzərdə tutulub. Gələn il ÜDM 58,6 milyard manat olmalıdır.

Orta aylıq əmək haqqı gələn il 479 manat olmalıdır ki, bu da bu ilki rəsmi 439 manat olan orta aylıq əmək haqqıdan 5,4% çoxdur.

Gələn il ixracın 91 faizini neft və qaz təşkil edəcək.

Əsas göstəricilər və proqnozlar:
XS
SM
MD
LG