Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Vurulan başların şahidi olan səyyah...


-

“Qanun” nəşriyyatı yazıçı Nəriman Əbdülrəhmanlının ”Yolçu” adlı yeni roman-salnaməsini çap edib.

Romandakı hadisələr oxucunu Səfəvilərin süqutu illərinə, Nadir Şah zamanına aparır.

Əsərin qəhrəmanı - yeddi yaşınacan çarvadar Nüsrəddinin oğlu Yusif, on dörd yaşınacan özündən ixtiyarsız İosif Eliqulaşvili, otuz yaşınacan Jozef Qrenyö, qırx doqquz yaşınacan Cozef Tiflisi, ondan bəri Mirzə Yusif Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-sürürlu, yəni Tiflis-ül-əsl kimsədir...

O, Güney Batı məmləkətlərindən, Firəngistandan, Venesiyadan, İstanbuldan, Anadolu çöllərindən, Konyadan, Bağdaddan, Ərzurumdan, Qarsdan, Nəqşivandan, Rəvandan, Ərdəbildən, Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan… keçən yolçudur...

O, krallar, sultanlar, şahlar, hersoqlar, paşalar, xanlar, ağalar, bəylər, knyazlar, sərkərdələr, üləmalar, mirzələr… görən, mərhəmət, qəddarlıq, satqınlıq, nəvaziş, vəcd, şəhvət, aclıq, firavanlıqla rastlaşan, yaşanan eşqlərin, yıxılan xanədanların, vurulan başların, məkrlərin, riyakarlıqların, çəkilməz dərdlərin şahidi olan səyyahdır.

Allahın bəxş elədiyi ağlagəlməz macəralarla dolu həyatının izsiz-soraqsız tarixin qəbiristanlığına gömülməsini istəmir...
XS
SM
MD
LG