Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:43

Cəmil Həsənlinin seçicilərlə 5 oktyabr görüş-mitinqi- [Video]

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakının Yasamal rayonunda özünün son seçkiöncəsi mitinqini keçirib.

16:37 5.10.2013
Prezidentliyə namizəd Cəmil Həsənlinin Yasamalda seçicilərlə keçirilən görüş-mitinqində məktəblilər də var. Onlar əllərində təhsillə bağlı şüarlar tutublar.
16:55 5.10.2013
Həmişəkindən fərqli olaraq bu dəfə müxalifət liderləri tribunada deyil, aksiyaçıların arasında dayanıb Cəmil Həsənlinin çıxışını dinləyirlər.

Müsavat başqanı İsa Qəmbər: «Mən mitinqlərdə tribunada da olmuşam, adamların arasında da. Hamısı şərəflidir.

AXCP sədri Əli Kərimli: «Sıra adamı olaraq biz vəzifəmizi yerinə yetiririk».

Cəmil Həsənlin çıxışını davam etdirir: «Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyova eşq olsun. Biz bu millətin öz hakimiyyətini formalaşdırmaq haqqını özünə qaytaracağıq».
17:00 5.10.2013
Cəmil Həsənlinin çıxışı davam edir:

«Bunlar qanunlar üzərində təmir əməliyyatları aparırlar. Bütün qanunlardan demokratik məqamlar çıxarılıb. Ölkəmizdə avtoritarizmə yolu biz bağlayacağıq. Biz imkan vermərik ki, bu ölkədə kimsə diktatura rejimi qursun…».

«2 milyon vətəndaşımız çörək-dolanışıq dalınca Rusiyaya, 400 min Ukraynaya, bir o qədər də Türkiyəyə gedib. Çünki onlar neft ölkəsində çörəkpulu qazana bilmirlər. Bu gün Azərbaycan neftindən uzaq düşmüş bir zümrə var, o da Azərbaycan vətəndaşıdır, pensiyaçılardır, Azərbaycan məmurlarıdır. Sizə deyirəm, neft gəlirlərində gözü olmayan bir nəfər olacaq, o da mən olacam...».
17:03 5.10.2013
«10 nəfər yaltağı ətrafına toplamaqla mədəniyyəti inkişaf etdirmək olmaz. Mədəniyyət xalqın içərisindən, xalqın içərisindən gəlməlidir. Yaşasın mədəniyyət xadimləri!!!»

Seçicilər «Cəmil bəy, Cəmil bəy» qışqırır.

«Koreyadan bir neçə qız gətirib idman yarışlarında iştirak etmək idman deyil».

Davamı

XS
SM
MD
LG