Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:50

Rövnəq Abdullayev: «Quyunu xilas edək»


-
«Bulla-Dəniz» yatağındakı quyuda təmizləmə işləri başa çatdırılıb, hazırda vəziyyət normaldır.

Bu haqda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində bildirib.

Onun dediyinə görə, hazırda ərazidə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və «Hellenic Petroleum»un əməkdaşları işləyir:

«Biz istəyirik ki, quyunu xilas edək. ABŞ-dan avadanlıqlar gətirilib. Artıq hava şəraiti yaxşılaşdığı üçün həmin avadanlıqların quyunun ağzına keçirilməsi istiqamətində hazırlıq işləri görülür. Bu işi ya quyu yana-yana, ya da alovu söndürərək həyata keçirəcəyik. İmkanlarımızdan maksimum istifadə edirik ki, quyunu xilas edək».

«Bulla-Dəniz» qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir. Qəza baş vermiş 90 saylı quyuda qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanılıb (dənizin dərinliyi – 26.5 metr). Avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Sonra quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Yanğın hələ də davam edir.
XS
SM
MD
LG