Sentyabrın 27-də bir qrup sakin Xırdalan şəhərində Heydər Əliyev prospektini bağlayaraq,təxminən 10 dəqiqə nəqliyyatın hərəkətinə imkan verməyib.
Yolu bağlayanlar “Hayan” tikinti şirkətindən narazı qalanlardır.
Həmin şəxslərin AzadlıqRadiosuna söylədiyinə görə, adıçəkilən şirkət 7 il əvvəl onların pulunu alsa da, mənzillərini tikib təhvil verməyib. Sakinlər bir mənzilin bir neçə nəfərə satıldığını da iddia edirlər.
Polis gələnədək yolu açan aksiyaçılar indi icra hakimiyyətinə doğru hərəkətləniblər.