Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 11:17

“Naxçıvanda seçkilər demokratik şəraitdə keçiriləcək”


Arxiv foto
Arxiv foto
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

“Naxçıvanda seçkilər demokratik şəraitdə keçiriləcək”

20.09.2013

6 saylı Culfa-Babək Seçki Dairəsində görülən işlər belə deməyə əsas verir.

…6 saylı Culfa-Babək Seçki Dairəsi dairə seçki komissiyasının sədr müavini Ruhin Novruzov bildirdi ki, ölkəmizdə seçkilərin azad və ədalətli, şəffaf keçirilməsi reallıqdır. Bu, beynəlxalq müşahidəçilər tərəfindən də təqdir olunur.

Hazırlaşdığımız seçkilərin də demokratik və obyektiv keçəcəyi şəksizdir. Muxtar respublikamızın hər yerində olduğu kimi, bu dairədə də seçkilərə çox ciddi şəkildə hazırlıq görülür.

Dairənin tərkibində 39 məntəqə fəaliyyət göstərir. Onların 25-i Culfa rayonunda, 14-ü isə Babək rayonundadır. Seçki Dairəsinin əhatə etdiyi ərazilərdə seçicilərin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aparılan genişmiqyaslı quruculuq tədbirləri, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşdırılması hər bir seçicidə nikbin ovqat yaradıb.

6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə 34 min 25 seçici səs verəcək. Bu rəqəm seçki gününə qədər bir daha dəqiqləşdiriləcək. Sonuncu dəqiqləşməyə görə, səsverənlərin 766 nəfəri ilk dəfə seçki bülleteni alacaq. Seçicilər içərisində 9 nəfərin yaşı 100-dən yuxarıdır.

Həmsöhbətim onu da bildirdi ki, seçkilərin mütəşəkkil keçirilməsi, heç bir qanun pozuntusuna yol verilməməsi üçün dairə və məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşür.

Odur ki, komissiya üzvləri arasında maarifləndirmə tədbirlərinin keçirilməsi diqqət mərkəzində saxlanılır, seçki prosesinin gedişi, sənədlərin doldurulması, seçicilərlə necə rəftar etmək və başqa məsələlərlə bağlı söhbətlər aparılır.

PAYIZ ƏKİNİNƏ HAZIRLIQ İŞLƏRİ APARILIR

Payızlıq taxıl və yonca əkini kampaniyasını mütəşəkkil qaydada və optimal müddətdə başa çatdırmaq məqsədilə Babək Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq onun mahiyyətindən danışıb.

Arxiv foto
Arxiv foto
“Taxıl sahələrinin əkinə hazırlanması, toxumun seçilməsi, səpilməsi, sahələrin şırımlanması və suvarılmasının əkin texnologiyasına uyğun aparılması haqqında” İcra Hakimiyyəti başçısının müavini Əbdülhüseyn Zamanovun məruzəsi dinlənilib.

Qeyd olunub ki, göstərilən hərtərəfli dövlət qayğısı hesabına ölkəmizdə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bildirilib ki, Babək rayonunda da əkinçiliyin inkişafı diqqət mərkəzindədir. Torpaq mülkiyyətçilərinə və fermerlərə lizinq yolu ilə yeni kənd təsərrüfatı texnikaları verilib.

Onlara elit, I və II reproduksiyalı sort toxumların verilməsinə, torpaq mülkiyyətçilərinin yanacaq və motor yağları ilə təmin olunmasına ciddi yanaşılır. Məhsul istehsalçılarına uzunmüddətli kreditlərin verilməsi ildən-ilə daha geniş vüsət alır.

Tədbirdə təcrübəli aqronom Tofiq Abutalıbovun, torpaq mülkiyyətçisi Cümşüd Novruzovun çıxışları olub.
XS
SM
MD
LG