Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 01:35

AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirilib


Həsən Kərimov
-
Ötən gün ürəyindəki şiddətli ağrılardan sonra Həsən Kərimov Elmi-Tədqiqat Kardiologiya İnstitutuna aparılıb. Ailəsinin AzadlıqRadiosuna verdiyi məlumata görə, hazırda vəziyyəti bir qədər yaxşılaşıb. Həkimlər onun stasionar müalicəsini ehtiyac olduğunu bildiriblər:
"Son zamanlar, xüsusilə də son üç gündə ürəyindən şikayətlənirdi. Amma xəstəliyi ciddi qəbul etmirdi. Ötən gecə şiddətli ağrılara dözə bilmədi və xəstəxanaya yerləşdirməli olduq".
Həsən Kərimov 3 dəfə infarkt keçirib. İki oğlunu bir-birinin ardınca itirəndən sonra səhhətində problemlər yaranıb.
O, azı 10 gün xəstəxana şəraitində müalicəsini davam etdirəcək.
XS
SM
MD
LG