-
Bakı Uşaq Teatrı yeni qeyri-adi bir layihəyə start verir.
Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, layihə bu dəfə mədəniyyət yazarları olan KİV nümayəndələrini bir araya gətirəcək.
Teatrlarla sıx yaradıcılıq əlaqəsi olan jurnalistlərin ifasında bir tamaşa hazırlanacaq ki, bu da həmin jurnalistlərin teatr haqqında daha çox bilgilənmələrinə yardımçı olacaq.
Jurnalistlər həm də peşəkar aktyorlarla (Bakı Uşaq Teatrının aktyorları) səhnəni bölüşəcəklər.
Hazırda layihə üzərində iş gedir.
Layihənin müəllifi İntiqam Soltandır.