Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:09

MSK katibi İTV-dəki debat haqda danışır


İTV-də debat
-
“Hesab edirəm ki, İctimai Televiziyadakı debatda baş verən hadisə kifayət qədər ciddi insidentdir və buna Mərkəzi Seçki Komissiyası münasibət bildirməlidir”.
Bunu AzadlıqRadiosuna Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
“Bu MSK-nın həm hüququ, həm də vəzifəsidir”.
Sentyabrın 20-də MSK-nın bu məsələyə baxacağı gözlənilir.
Sentyabrın 19-da prezidentliyə namizədlərin İctimai Televiziyada iştirak etdiyi dəyirmi masada qalmaqal baş verib. Milli Şuranın namizədi Cəmil Həsənlinin çıxışı zaman Müasir Müsavat Partiyasının sədri Hafis Hacıyev müdaxilə edib, təhqiramiz ifadələr işlədib. Cəmil Həsənli çıxışı davam etdirərəkən Hafiz Hacıyev ona butulka atıb.
XS
SM
MD
LG