Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:42

Moskva bir daha Suriya ilə bağlı xəbərdarlıq edib


Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov xəbərdarlıq edib ki, Suriyaya hərbi müdaxilə terrorçuluğun daha da alovlanması və qaçqının axının kəskin artmasına səbəb olacaq.

O belə bir bəyanatla Moskvada suriyalı həmkarı Walid al-Muallemlə bu gün Moskvada keçirdiyi mətbuat konfransında çıxış edib. lavrov xatırladıb ki, böyük 8-lər ölkələrinin liderləri Suriya rejiminin kimyəvi silah işlətməsi ilə bağlı məlumatın hərtərəfli araşdırılması və nəticələrin BMT-nin təhlükəsialik şurasında müzakirə olunmasını vəd ediblər.Onun fikrincə BMT-nin müfəttişlər qrupu işi başa çatdırmaq üçün Suriyaya dönməlidir.

Suriyanın xarici işlər naziri Walid al-Muallem isə Suriyada iş aparan müfəttişlərin işi başa çatdırmasına hazır olduqlarını bəyan edib.

ABŞ Dövlət katibi John Kerry isə bu gün Londonda britaniyalı həmkarı William Hague ilə keçirdiyi mətbuat konfransında deyib ki, bu münaqişə sonda siyasi yolla həll olunmalıdır.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini üsyançılarla döyüşdə kimyəvi silah işlətməkdə günahlandırırlar. Suriya hökuməti ittihamı rədd edir.
XS
SM
MD
LG