Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:41

Rüşvət şikayətləri üçün internet saytı yaradıldı


Çində yaradılan anti-korrupsiya saytından görüntü.
Çində yaradılan anti-korrupsiya saytından görüntü.
-

Çin hökuməti vətəndaşların da korrupsiya ilə mübarizəyə cəlb olunması üçün xüsusi internet saytı istifadəyə verib.

Hökumət www.ccdi.gov.cn ünvanlı saytı ötən bazar ertəsi işə salıb. Rəsmilər vətəndaşların şikayətlərini bu sayt vasitəsilə göndərə biləcəklərini, eləcə də korrupsiya ilə mübartizə sahəsində onlardan təkliflər qəbul edəcəklərini bildirirlər.

Çində vətəndaş cəmiyyəti fəalları qeyd edirlər ki, 2010-2012-ci illərdə yerli Weibo sosial şəbəkəsində (Twitter-ə bənzər sosial şəbəkə) səslənən korrupsiya və rüşvət iddialarının azı 156-nın təsdiq edildiyini bildirirlər. Bu da ənənəvi yazılı media və telekanallarda səslənmiş iddialardan bir neçə dəfə çoxdur.

Sosial şəbəkədə səslənən iddiaların da çoxu məmurların rüşvətxorluğu, vəzifədən sui-istifadə, məmurların əxlaqsız hərəkətləri barədə olub.

Çinin Elmlər Akademiyasında Sosial Elmlər şöbəsinin alimləri bildiriblər ki, vətəndaşlar internetdə rüşvətxorluq və korrupsiya ilə mübarizə məsələlərində daha fəal olurlar. Hansısa regionda baş vermiş, ilk baxışda kiçik, az əhəmiyyətli ədalətsizlik kimi görünən hallar internetdə sürətlə bütün ölkəyə yayılır.

Amma yeni yaradılan anti-korrupsiya saytının işinə də bədguman olanlar var. Yerli təhliçilər deyirlər ki, hər şey hökumətin bu sayta vətəndaşlardan gələn şikayətləri nə qədər araşdırmalarından asılı olacaq.
XS
SM
MD
LG