Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:02

Qəza baş verən quyuda nə qədər qazın yandığı açıqlandı


-
Xəzər dənizində «Bulla-dəniz» qaz yatağındakı 90 saylı quyuda gündə 3 milyon kubmetrə yaxın qaz yanır.

Bu barədə sentyabrın 4-də ARDNŞ məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ARDNŞ-in və ABŞ-ın «Halliburton» şirkətinin «BOOTS&COOTS» servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxaraq, quyunun ağzını təftiş ediblər.

Xüsusi cihazlar vasitəsilə ölçü işləri aparılıb. Gündəlik quyudan çıxan qazın təqribən 2.5-3 milyon kubmetr həcmində olduğu müəyyənləşib.

«Bulla-dəniz» yatağındakı 90 saylı qaz quyusunda avqustun 18-də yanğın baş verib. Yanğını hələ də söndürmək mümkün olmayıb.
XS
SM
MD
LG