Suriyada oğluna qovuşan atanın ürək parçalayan fəryadı...
Suriya paytaxtı Dəməşqin yaxınlığında Zamalka qəsəbəsinə kimyəvi silahla hücumda gənc ata azyaşlı oğlunun da öldüyünü zənn edərkən bir həftə sonra onu sağ-salamat tapır. Oğluna qovuşarkən özünə hakim ola bilməyən bu atanın ürək parçalayan fəryadı günlərdir sosial şəbəkələrdə ildırım sürətilə yayılır. Videonu sosial şəbəkələrdən götürüb yayan Reuters agentliyi orda əks olunanların doğruluğunu yoxlamaq iqtidarında olmadığını qeyd edir. Amma avqustun 21-də həmin əraziyə zəhərli qazla hücumda azı 300 nəfər həlak olub, çox sayda insan da yaralanıb.
Arxiv
-
Avqust 10, 2026Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?
-
Avqust 10, 2026Rusiyadan Ermənistana qaçan Sergey: 'Mən rus fərarisiyəm'
-
Avqust 05, 2026Gürcüstan ali təhsili pulsuz etdi
-
İyul 31, 2026İranda Azərbaycan dili: 'Pezeşkian bir iş görə bilməz'