Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Pentaqon Suriyaya qarşı hərbi akta hazır olduğunu deyir


Chuck Hagel
Chuck Hagel
Cümə axşamı Britaniya parlamentndə Suriyaya qarşı mümkün hərbi aktla bağlı səsvermə gözlənilir.Bundan əvvəlki məlumatlarda Britaniya ordusunun Suriyaya qarşı mümkün hərbi planları nəzərdən keçirdiyi bildirilirdi.

ABŞ-ın müdafiə naziri Chuck Hagel isə BBC-ə müsahibəsində prezident Barack Obamanın göstəriş verəcəyi halda,ordunun təcili hərəkət etməyə hazır olduğunu qeyd edib.

Suriyanın xarici işlər naziri Walid Muallem isə deyib ki, əgər hərbi müdaxilə olsa Suriya özünü bütün vasitələrlə müdafiə edəcək.

Rusiya Suriyaya mümkün hərbi müdaxilənin faciəvi nəticələr verəcəyini xəbərdarlıq edib.

ABŞ-da daxil olmaqla bir sıra qərb ölkələri Suriya rejimini kimyəvi silah işlətməkdə günahlandırır.Suriya hökuməti ittihamı rədd edir.Həmçinin Rusiya Suriya rejiminin kimyəvi silah işlətməsi barədə heç bir sübut olmadığını deyir.

Beynəlxalq sərhədsiz həkimlər təşkilatı ötən çərşənbə günü Dəməşq ətrafında tərədilmiş hücumda 300-dən çox adamın öldüyünü deyirlər.

BMT 2 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində 100 mindən çox adamın öldüyünü deyir.
XS
SM
MD
LG