2026, 15 Noyabr, bazar, Bakı vaxtı 13:03

İmişlidə Füzuli köçkünləri çirkab əhatəsində qalıb


İmişlidə Füzuli köçkünləri çirkab əhatəsində qalıb

No media source currently available

1993-cü ildə İmişli rayonunda məskunlaşan məcburi köçkünlərin sayı az qala yerli əhali qədər idi. Vaxtilə ilan mələyən çöldə salınan çadır şəhərcikləri də onları tutmurdu. Məktəblərə, bağçalara, yardımçı binalara, bağlı vaqonlara sığınanlar vardı. Yurd-yuvalarından didərgin düşənlərin böyük hissəsi dövlət hesabına tikilən evlərdə yerbəyer edilib. Amma hələ də şəraitsiz binalarda, «gecəqondu»larda qalanlar var.

XS
SM
MD
LG